ABŞ-la Çin arasında müharibə başlaya bilər.

 

Axar.az xəbər verir ki, bu iddia ilə Çin Kommunist Partiyasının qəzeti olan "Qlobal Tayms” çıxış edib. Qəzetin bu çıxışına səbəb ABŞ dövlət katibi vəzifəsinə namizəd Reks Tillersonun Senatdakı dinləmələr zamanı işlətdiyi ifadələr olub:

 

"Əgər Tillerson böyük nüvə gücünün öz torpaqlarını tərk etməsini istəyirsə, gərək nüvə silahından istifadə strategiyası haqqında düşünsün. ABŞ bizi başqa cür Cənubi Çin dənizindəki adalardan çıxara bilməz. Görünür, Tillerson, sadəcə, Senat qarşısında xal toplamaq üçün Çini hədəf seçib”.

 

Qeyd edək ki, Tillerson Senat qarşısında çıxışı zamanı dövlət katibi olacağı halda ilk işinin Çinə mesaj göndərmək olacağını bildirib. O, Pekini Cənubi Çin dənizindəki mübahisəli adalardan çıxarmağa çalışacağını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300