Azərbaycanlı
"qanuni oğru”, İstanbulda öldürülən Rövşən Lənkəranskinin məzarüstü abidəsi
artıq hazırdır.
Uluyol.info-nun cebhe.info-ya
istinadla verdiyi məlumata görə, artıq Rövşən Lənkəranskinin Hindistanda
hazırlanan məzarüstü abidəsi əvvəlcə Türkiyəyə, ordan isə Azərbaycana gətirilib.
Heykəl-abidənin hündürlüyü 5 metrə qədərdir. Məlumatda o da bildirilir ki,
hazırda heykəl Binəqədidə məzarüstü abidələr hazırlayan sexdə saxlanılır və üzərində
son tamamlama işləri aparılır.
Qeyd edək ki, məzarüstü abidənin əsas hissəsi Rövşən Lənkəranskinin qardaşı
Namiq Canıyevin sifarişi ilə Hindistanda hazırlanıb.
Uluyol.info