Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat verib.

 

"Fransa prezidenti Donbasda atəşkəsə dair dekabrın 24-də əldə olunan razılaşmaya riayət edilməsinin vacibliyini vurğulayıb. O həmçinin Almaniya ilə yanaşı Minsk müqavilələrinin tam paketinin həyata keçirilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bildirib. Prezident Olland tezliklə humanitar məsələlərdə irəliləyişin əldə olunmasına, əsirlərin azad edilməsi və Ukraynanın şərqində su təchizatının bərpasına çağırıb”, məlumat deyilir.

 

Qeyd edək ki, Ukrayna üzrə "Normand dördlüyü”nün son sammiti oktyabrın 19-da Berlində keçirilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300