"Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək.Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün də onun yanındadır”.

 

Bu sözləri millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Rusiya Xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq bildirib.

 

Millət vəkili "Facebook” səhifəsində qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal edib: "Yadımdadır, televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular… Qarabağla bağlı o müzakirələrdən qayıdıb, elə həmin kadrı vermişdim və altına da şərhsiz deyə yazmışdım…”

 

Millət vəkili Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini şərh edərkən "bu, Azərbaycanın daxili işi deyil”, deməsinə daha sərt münasibət açıqlayıb: "İşğal altında olan torpaqlarımıza gəlincə, onları azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq. Yanımızda sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik”.

Millət vəkili daha iki replikası ilə də diqqət çəkib: "Aprel döyüşləri deyəsən Lavrovu yaman narahat edib… Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan "sizin hərbi qüvvələrinizin Krımda nə işi var” - deyə soruşmayıb?”.

 

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfinin əleyhinə olan fikirləri sosial şəbəkələrdə də sərt təpki ilə üzləşib.//bakupost

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300