Bəzi qurumlar orfoqrafiya lüğətindən kommersiya məqsədi ilə istifadə etməyə çalışırlar.

 

Trend-in məlumatına görə, bunu AMEA Dilçilik İnstitununun aparıcı elmi işçisi Şahlar Məmmədov "Saytların dil mənzərəsi" adlı tədbirdə deyib.

 

Ş.Məmmədov bildirib ki, növbəti orfoqrafiya lüğətinin daha təkmil olması nəzərdə tutulur.

 

Onun sözlərinə görə, televiziyaların dilindəki qüsurlar ildən-ilə azalır. Bu hal saytlarda da müşahidə edilir.

 

Ş.Məmmədov deyib ki, buna baxmayaraq, saytların dilində yenə də ciddi qüsurlar var: "Yaxşı haldır ki, saytlara artıq ciddi təhsil almış şəxslər rəhbərlik etməyə başlayıblar. Amma çox təəssüf ki, bəzən sayt rəhbərləri bəzi mürəkkəb adları rus, ingilis və Türkiyə türkcəsində yazırlar və çıxış yolu kimi də həmin sözü dırnaq işarəsi arasında yazırlar. Ancaq bu, çıxış yolu deyil".

 

Ş.Məmmədov qeyd edib ki, saytlarda mürəkkəb cümlələrdə daha çox qüsurlara yol verilir. Əgər bu kimi qüsurlar aradan qalxmasa, dildə çox böyük uçurum yaranacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300