Bu gündən tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub.

Tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar APA-yabildirib ki, mağazalara tütün məmulatlarının tədarükü dayandırılıb. "Bu gün mağazamıza siqaret gəlməyib. Bizə bildiriblər ki, bu gündən siqareti ancaq bank köçürməsi (və yaxud VÖEN-ə bağlı kart hesabı) ilə almaq mümkündür. Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların 90%-nin nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Pul əvvəlcədən ödənməyəcəksə, siqaret də gəlməyəcək”.

Sahibkarlar hesab edir ki, tütün məmulatlarının nağdsız topdan satışı qiymət artımına yol aça bilər. "Artıq dünəndən bizə siqaret satmırlar. Buna səbəb kimi də kartımız və hesabımızın olmaması göstərilir. Bizə bildirirlər ki, hansı siqaretdən nə qədər lazımdırsa, qabaqcadan pulunu ödəyin biz də gətirək. Hazırda topdan satış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir. Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Əvvəllər topdansatışla məşğul olanlar pərakəndə ticarət mərkəzlərinə sifariş olunan həcmdə siqaret gətirir, müəyyən müddətdən sonra gəlib malın pulunu götürürdülər. Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar”, – deyə pərakəndə ticarətlə məşğul olanlar vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300