Aksiyaçılar dəmiryolunu bağlayıblar

Gəncə Dəmir Yol Xəstəxanasının işçiləri etiraz aksiyası keçiriblər. Bu barədə gozetci.az portalına Gəncə sakinləri məlumat veriblər.

 

Məlumata görə, yanvarın 8-də saat 16:00-da adıçəkilən xəstəxananın işçiləri Gəncə Dəmir Yolu Vağzalına gələrək dəmiryolunu bağlayıblar. Aksiyaçılar dəmiryolunu 40 dəqiqə bağlı saxlayıblar. Sonra Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları ora gələrək etirazçıları oradan kənarlaşdırıblar.

 

Aksiyaçıların dediyinə görə, aksiyaya səbəb xəstəxananın bağlanması ilə bağlı xəbərlərin yayılmasıdır. Belə ki, bir müddət öncə xəstəxananın baş həkimi Vidadi Seyidov şöbə müdirlərinin toplantısında "01 yanvar 2017 -ci il tarixdən işdən azadsınız. Gedin özünüzə iş axtarın " deyib. Bundan sonra işsiz qalmaq təhlükəsi ilə üzləşən təxminən 450-500 tibb işçisi narazılıq etməyə başlayıb və etiraz əlaməti olaraq aksiya keçiriblər.

 

Etirazçılar bildirirlər ki, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qeyd olunan xəstəxananı özəlləşdirir.

 

Həmin xəstəxanada tibb bacısı işləyən Qazıyeva Xəyalə deyib ki, onlar nə baş verdiyini dəqiq bilmirlər: "Bir gün dedilər ki, xəstəxanaya yanvar ayından büdcədən vəsait ayrılmayıb, xəstəxana öz hesabına işləyəcək. Səhəri gün dedilər ki, 300 nəfər ixtisar olmalıdır. O biri gün isə dedilər ki, gəlin ərizə yazın, öz xahişinizlə işdən çıxın. Bu nə işdi bizim başımıza açırlar. Bir nəfər bizə dəqiq demir ki, burda çalışan 450-dən artıq işçinin taleyi nə olacaq”. (Gozetci.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300