"Rəcəp İvedik 5” filmindən Azərbaycanı təhqir edən səhnə çıxarıldı. Bu barədə filmin rejissoru və Recep İvedik rolunun ifaçısı Şahan Kökbakar özünün instaqram səhifəsindən video-məlumat paylaşıb. O, deyib ki, filmlərini gülmək və güldürmək üçün çəkir:

"Əgər təkcə bir azərbaycanlı qardaşımın qəlbinə toxunubsa, həmin fraqmenti sevə - sevə çıxardıram. Bununla da əsassız söz-söhbətə və bu filmin ətrafında çirkin oyun quranların oyunlarına son verirəm”. 

Qeyd edək ki, "Recep İvedik 5” adlı yeni filmin fraqmanında Azərbaycan bayraqlı bir idmançı Recep İvedik tərəfindən yumruqla vurulur və sözün həqiqi mənasında, uçurdu. Bir çox Azərbaycanlı ziyalılar, o cümlədən Giresun universitetinin əski rektoru , professor Aygün Attar bu səhnəni Azərbaycana və onun bayrağına həqarət kimi qəbul etmişdi. Daha sonra bu etirazlara AKP millət vəkilləri və Türkiyənin vətənsevər insanları da qoşuldu. Məsələnin böyüməsi səbəbindən filmin yaradıcısı geriyə addım atmağa məcbur qaldı.  

 Şahan Gökbakarın video-müraciətini təqdim edirik:



(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300