Dünyada genişmiqyaslı epidemiyaların yayılmasına səbəb olan 3 əsas xəstəlik var.

 

"Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, ölümcül xəstəliklər siyahısında ilk üçlüyü MERS, Lassa qızdırması və Nipah virusları tutur.

 

Ünumdünya Səhiyyə Təşkilatının (ÜST) müdir müavini Marie Paule Kieni deyib ki, bu günə kimi Ebola daha qorxulu epidemiya olsa da, adları çəkilən üç virusa nisbətən daha az təhlükəlisi olan xəstəlik kimi qiymətləndirilir: "Ona görə də tezliklə yeni peyvəndlər hazırlanmalıdır. Böyük dərman firmaları bu cür az rast gəlinən təhlükəli virusların müalicəsinə kifayət qədər investisiya ayırmırlar. Ancaq bundan sonra vəziyyət başqa cür olacaq”.

 

"Bu səbəbdən, beynəlxalq təşkilatlar həmin üç virusa qarşı istehsal olunacaq peyvənd işlərini sürətləndirmək üçün 460 milyon dollarlıq yardım öhdəliyi götürüblər. Hər bir virus üçün sınaq müddətində iki yeni peyvənd 5 il ərzində hazır olmalıdır”- deyə, ÜST-nin müdir müavini əlavə edib.

 

Qeyd edək ki, dünyada son illər ərzində təhlükəli viruslar sırasına Ebola və Zika yer alıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300