Bolqarıstan prezidenti Rumen Radevin və vitse-prezident İliana Yotovanın ölkə parlamenti qarşısında andiçmə mərasimi keçirilib.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, yeni dövlət başçısının inauqurasiyası isə yanvarın 22-nə təyin olunub.
Andiçmə mərasimində keçmiş prezident Rosen Plevneliev, sabiq vitse-prezident Marqarita Popova, parlament üzvləri, Bolqarıstanın baş naziri vəzifəsini icra edən Boyko Borisov, patriarx Neofit, Konstitutsiya Məhkəməsinin üzvləri və diplomatlar iştirak ediblər.
Andiçmə mərasimi "BNT" telekanalı vasitəsilə canlı yayımlanıb.