Yanvarın 20-də Almaniyanın Mainz şəhərinin baş meydanı „Gutenbergplatz"-da adı çəkilən şəhərdə fəaliyyət göstərən Azərbaycan-Türk Cəmiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Bu barədə mətbuata məlumatı Azərbaycan-Türk Cəmiyyətinin başqanı Sarvan Rizvanov bildirib. Onun sözlərinə görə, tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib, Sovet ordusunun dinc yerli əhalini vəhşıcəsinə qırması haqqında məlumatların olduğu vərəqələr paylanıb. Tədbirdə gənclərimiz xüsusi fəallıq nümayiş etdiriblər. 20 Yanvar faciəsindən danışan insanlar bildirib ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.

Eyni zamanda bu hadisənin Azərbaycanın Azadlıq mübarizəsində bir Qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb. Qərara alınıb ki, dinc əhaliyə qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qürumlara yeni müraciətlər göndərilsin.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300