"Ştutqart” mağazalar şəbəkəsi müdiri Əfqan Abdullayev vətəndaşın əmlakını niyə əlindən aldı?

Vətəndaşların hüquqlarının pozulması halları ilə dəfələrlə rastlaşmışıq. Bir çox hallarda bu məsələlər hüquqi müstəvidə həll edilir. Günahkarlar cəzalandırılır, hüquqları pozulmuş şəxslər isə qanunun yol verdiyin şəkildə müdafiə olunurlar.

"Kivnews.com” İnformasiya Portalına yeni bir şikayət məktubu daxil olub. Həmin şikayət ərizəsində vaxtilə "Karkas” avtomobil ehtiyyat hissələri dükanı kimi tanınan, hazırda "Ştutqart” adı altında fəaliyyət göstərən mağazalar şəbəkəsi ilə bağlı faktlar yer alıb. Bu zaman orada satıcı işləyən bir vətəndaşın başına açılmış xoşagəlməz faktlardan bəhs olunur.

Oxucularımızın nəzərinə çatdıraq ki, Mağazalar şəbəkəsinə Masallı rayonundan millət vəkili seçilmiş Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev müdirlik edir. Amma millət vəkilinin adı rəsmi sənədlərdə qeyd olunmasa da, rəhbərlik kimi onun adı çəkilir.

Qeyd edək ki, yazıda adı qeyd olunan millət vəkili Nəriman Əliyevlə bağlı mətbuatda çox tənqidlər səsləndirilir. Yaxın vaxtlarda "Kivnews.com” İnformasiya Portalı vasitəsilə tam ətraflı oxuyacaqlarınız isə daha geniş mətləblərdən xəbər vermiş olacaq.

Yazı hazırlandığından geniş məlumat verə bilmirik. Amma yaxın vaxtlarda biləcəksiniz ki, "Ştutqart” mağazalar şəbəkəsinin müdiri Əfqan Abdullayev kimin tapşırığı və nəyə görə vətəndaşın 300 min manatlıq əmlakını əlindən alıb? Bu işlə bağlı, Nizami Rayon Polis İdarəsinin 303-cü otağında hansı məsələlər müzakirə olunub?

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300