Gədəbəy rayonunda gənc oğlan özünü babasının evində asıb.
"Report"un xəbərinə görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus fərdi yaşayış evində özünü iplə tavandan asaraq öldürüb.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.