"Apple” korporasiyası yeni "iPhone”larda "Touch ID” texnologiyasından imtina edərək üz tanıma texnologiyasına üstünlük verəcək.

Trend Sputnik-ə istinadən xəbər verir ki, bu barədə "KGİ Securities” şirkətinin analitiki Min Çi Kuo bildirib. Min Çi Kuo deyib ki, yeni smartfonlarda çərçivəsiz OLED-ekranların tətbiqi nəticəsində korpusda Home düyməsi və barmaq izini tanıyan "Touch İD” sensoru üçün yer qalmayacaq.

Bunun əvəzinə yeni biometrik təhlükəsizlik texnologiyası işlənib hazırlanır. Həmin texnologiyaya əsasən "iPhone” öz sahibini ön kamera vasitəsilə üzdən tanıyacaq. "KGI Securities” eksperti optik barmaq izi skanerinin işlənib hazırlanmasını da istisna etmir. Bu skaner displeyin altında yerləşdirilə bilər. KGI analitikləri hesab edirlər ki, Apple-nin elastik OLED-ləri 3D Touch sistemi vasitəsilə gücün tanınması sayəsində işə düşəcək.

Cari versiyalarda isə bu funksiya yoxdur. Deyilənə görə, payızda şirkət "iPhone”nun 3 versiyasını təqdim edəcək. Onlar şüşə korpus və iki kameradan ibarət kompakt modellər olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300