Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə Enrike Penya Nyeto Tvitter səhifəsində bildirib.

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib: "Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.

"Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin”, -deyə Tramp daha sonra bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300