Çətinliklər yalnız magistral yollarda yaşanmır.

 

ARB Şəki xəbər verir ki, elə rayon mərkəzlərində, kəndlərində də qar yağışı yaratdığı gözəl mənzərə ilə yanaşı, müəyyən problemlər də qaçılmaz olur. Bölgəmizdə həmin problemlər hansı dərəcədə yaşanıb, çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılıb?

 

Qarlı hava şəraiti Şəkininin avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Şəhər ərazisində qarın hündürlüyü 30, dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində isə 45 sm-dən artıqdır. Yaranmış vəziyyətlə əlaqədar şəhər təsərrüfatı tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır.

 

Qaxda yağan qarın hündürlüyü şəhər ərazisində və kəndlərdə 10-15 sm, dağlıq ərazilərində isə 50-90 sm-ə çatır. Yağan qar rayonda elektrik, su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Gecə saatlarından etibarən rayondaxili və magistral yolların qardan təmizlənilməsinə başlanılıb. Bəzi dağlıq ərazilərdə nəqliyyatın hərəkətində bir qədər çətinlik yaşansa da, gün ərzində bu problem də aradan qaldırılıb. Dağlıq ərazilərə yolu düşən sürücülər isə olduqca ehtiyatlı olmalıdırlar.

 

Zaqatalada yağan qarın hündürlüyü 8-10 sm, dağlıq ərazilərdə isə 30-40 sm-ə çatıb. Yağan qar rayonda elektrik, su, qaz və rabitə sahəsində elə də ciddi problem yaratmayıb. Rayon daxili və magistral yollar qardan təmizlənib. Bəzi dağlıq ərazilərdə nəqliyyatın hərəkətində bir qədər çətinlik yaşansa da, gün ərzində problem aradan qaldırılıb.

 

Qəbələdə rayon mərkəzində qarın qalınlığı 25-30 sm, dağlıq kəndlərdə isə bu 35-50 sm-dən çox olub. Rayonda gecə saatlarından yolların qardan təmizlənməsinə start verilib. Rayonun Laza, Durca, Qəmərvan və bu kimi dağətəyi kənd yolları qardan təmizlənib.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300