Xəzər rayonu, Buzovna qəsəbəsi, Abdulla Şaiq küçəsində yaşayan 500 ailə qazsız qalıb.Musavat.com-un müxbirinə danışan sakinlər bildiriblər ki, qazın təzyiqinin çox aşağı olması onların vəziyyətini çətinləşdirib. Bu durum iki ildir davam edir. Belə ki, əraziyə çəkilən qaz borusunun həcmi kiçik olduğundan evlərə paylanan qaz normal təzyiqlə verilmir. Havaların soyuq keçdiyi günlərdə isə sakinlər mənzilləri qızdıra bilmirlər. Onlar bu qazla nəinki evlərini isitməkdə, hətta yemək bişirməkdə belə çətinlik çəkirlər. Təzyiq zəif olduğundan istilik sistemləri işləmir. Burada yaşayan insanlar isti su əldə etmək üçün elektrik enerjisi baha başa gəldiyindən çöldə ocaq qalayıb, su qızdırırlar.

 

Qəsəbə sakini Kərim Kəngərli deyir ki, problemlə bağlı dəfələrlə Xəzər Rayon Qaz idarəsinə şikayətini bildirib. Lakin əraziyə nəzarət edən qaz idarəsi işçiləri sakinlərdən rüşvət tələb ediblər: " Bir dəfə ərazi üzrə qaz idarəsinə getdim. Nurəddin və Məhəmməd adında şəxslərlə görüşdüm. Biri çilingər, biri isə usta idi. Problemi onlara danışdım. Dedilər ki, bizi yağlayın, qazınız olacaq. Mən də bildirdim ki, qurğuşun əridib, boğazınıza tökəcəyəm. Vəziyyət, bax, belədir. Qaz olmadığına görə, sakinlər şəhərə kirayəyə köçürlər. Hətta kamança ustası, xalq artisti Şəfiqə Eyvazova da bu problemə görə şəhərə köçdü”.

 

Sakinlər evlərini isitmək üçün taxta, ağac qırıntıları toplayıb, odun sobasında yandırırlar. Küçədə rastlaşdığımız sakinlərin əksəriyyətinin əlində balta var idi. Belə ki, əlacsız qalan sakinlər evlərini qızdırmaq üçün küçədə taxta və odun axtarırlar, əllərinə keçəni doğrayıb yanacaq kimi evlərinə gətirirlər.

 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Məğrur Mərd, musavat.com

 
 




 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300