ABŞ prezidentliyinə keçmiş namizəd, keçmiş dövlət katibi Hillari Klintonun protokol xidmətinin rəhbəri olmuş Kaprisia Marşallın WikiLeaks saytı tərəfindən yayılmış elektron məktublarından məlum olur ki, Azərbaycan Twitter-i izləmək üçün Dataminr şirkətinin xüsusi proqramını almağa maraq göstərib.

Bu barədə "The Verge” yazır.

Elektron məktublardan məlum olur ki, Kaprisia Marşall "Dataminr” şirkətinin xüsusi izləmə proqramının xarici hökumətlərə satılması üçün lobbiçilik edib. Məsələn, onun 2015-ci ilin iyulunda Vaşinqtondakı Kanada səfirliyinə göndərdiyi "xüsusi xahiş”də göstərilir ki, səfirlik "Dataminr” şirkəti ilə görüş təşkil etsin.

ABŞ şirkəti "Dataminr” Twitter-ə bağlıdır. Twitter bu şirkətin səhmlərinin 5 faizinə nəzarət edir. Şirkətin saytında bildirilir ki, "Dataminr” dünyanın hər yerində Twitter istifadəçilərinin bloqlarını izləyərək ən aktual, ən vacib xəbərlər barədə müştərilərini online rejimdə məlumatlandırır. Bu şirkətin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə qalmaqal hələ ötən il yaranmışdı. İnsan haqları müdafiəçiləri bildirirdi ki, xüsusi xidmət orqanları "Dataminr” şirkətinin xüsusi izləmə proqramı vasitəsilə Twitter istifadəçilərinin yerini və onların barəsində digər məlumatları əldə edir. Nəticədə insan haqları fəallarını və jurnalistləri izləmək mümkün olur.

Hillari Klintonun protokol xidmətinin rəhbərinin elektron poçtundan götürülmüş məktublardan birində göstərilir ki, Kaprisia Marşall Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə "Dataminr” şirkəti arasında görüşün təşkil olunması ilə məşğul olub. Lakin "Dataminr” şirkətinin nümayəndəsi bildirir ki, bu görüşə baxmayaraq Azərbaycan şirkətin izləmə proqramının sınaq versiyasını əldə etməyib və hazırda şirkətin məhsullarına çıxışı yoxdur.


Kaprisia Marşallın elektron poçtundan məktubların oğurlanması Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə müdaxilə məqsədi güdən genişmiqyaslı əməliyyatının bir hissəsi hesab olunur. Bu əməliyyat çərçivəsində Rusiya kəşfiyyatına bağlı hakerlər Demokratlar partiyasının Milli Komitəsinin elektron poçtunu, habelə Hillari Klintonun köməkçilərinin poçtunu sındırıblar və çoxsaylı yazışmaları ələ keçirərək WikiLeaks saytına ötürüblər.(virtualaz)

Azərbaycan Twitter-i izləmək üçün xüsusi proqram alıb?Azərbaycan Twitter-i izləmək üçün xüsusi proqram alıb?
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300