Yanvarın 31-də Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 133-ci ildönümü ilə əlaqədar Novxanıda mitinq keçirəcək.
Bu haqda "Basta”ya məlumat verən Müsavat başqanının müavini Fərəc Kərimli bildirib ki, mitinq saat 12:00-da Rəsulzadənin Novxanıdakı abidəsi önündə başlayacaq.
"Bu, bir bayram mitinqidir. Tədbirdə cümhuriyyətimizin banisi Rəsulzadə anılacaq, onun davamçılarının çıxışları dinləniləcək”, – Fərəc Kərimli deyib.
"Həmin gün üçün sinoptiklər quru qar proqnozu veriblər. Bütün Rəsulzadə sevərləri qalın geyinməyə və həmin tədbirdə iştirak etməyə çağırıram”, – Fərəc Kərimli bildirib.