Gürcüstan Müdafiə Nazirliyindən 2 250 nəfər işdən azad edilib.

 

"Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu, nazirliyin kadrların optimallaşdırılması və yenidən təşkilatlanması tədbirləri çərçivəsində həyata keçirilir.

 

Məlumata görə, belə bir tədbirin keçiriləcəy ilə bağlı müdafiə naziri Levan İzoriya ötən ilin noyabrında bildirmişdi. Nazirlikdə islahatlar ötən il dekabrın 19-dan başlayıb.

 

Xəbərdə bildirilib ki, yenidən təşkilatlanma çərçivəsində 400 ştatdankənar, 1 350 ştatlı əməkdaş işdən azad edilib. Bundan başqa, 217 zabit, 123 çavuş vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 217 zabitin 209-u öz istəyi ilə işdən çıxarılıb.

 

Ümumilikdə nazirlikdə aparılan islahat nəticəsində 11,8 milyon dollar məbləğində maliyyə vəsaitinə qənaət edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300