Salyanda saxlanılan kriminal avtoritetin "kriminal aydınlaşdırmalarda” ("razborka”), "vəziyyətə nəzarət” kimi funksiyaları yerinə yetirdiyi iddia olunur.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, kriminal aləmdə "Rıjıy İlqar” (boksçu İlqar) kimi tanan İlqar Əliyev müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən şantaj və hədə-qorxu yolu ilə pul toplayaraq, kriminal şəxslər arasında bölgü aparıb.

 

Qeyd edək ki, yanvarın 25-də Salyan rayon sakini Y.Qaqarin küçəsi, ev 10-da yaşayan 1979-cu il təvəllüdlü Əliyev İlqar Lazım oğlu qanunsuz odlu silah və narkotik vasitə gəzdirdiyi üçün saxlanılıb. Ondan "Naqan” tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan şəxs boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub.

 

Faktla bağlı Sayan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300