Komitə sədrinin qardaşı, deputat Malik Həsənova məxsus olan "Azinko”nun gəlirlərinin 40 faizi Eldar Mahmudova çatırmış 

Sabiq MTN şefi Eldar Mahmudovun biznes şəbəkəsi ilə bağlı hər gün yeni-yeni məlumatlar ortaya çıxır. Ötən həftənin sonlarında işdən çıxarılan sabiq nazirin biznesi ilə bağlı sonuncu məlumat isə çox maraqlıdır. 

Etibarlı mənbələrdən JAM.AZ-a verilən məlumata görə, Eldar Mahmudovun biznes ortaqlarından biri də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Mənbə israrla iddia edir ki, Həsənovla Mahmudov xeyli müddətdir şərikli işlər görürmüşlər. Onların sonuncu birgə proyekti isə adı bir çox qalmaqallarda hallanan "Azinko” tikinti şirkəti olub.

Məlumatda deyilir ki, Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənova məxsus olan "Azinko” Bakıda həyata keçirilən bir sıra layihələrdə iştirak edib. Bu layihələrdən biri isə Bayraq Meydanına yaxın ərazilərdəki evlərin sökülməsindən ibarət olub. Həmin vaxt vətəndaşların zorla evindən çıxması, binalarını başlarına uçurmaları da fakt olaraq məlumdur. 

Mənbə bildirir ki, o zaman yarana biləcək sıxıntı və qalmaqallarla bağlı Kərəm Həsənovla Eldar Mahmudov arasında danışıq olur və sabiq MTN şefi komitə sədrini arxayın salır ki, heç bir problem yaşanmayacaq. JAM.AZ-a danışan qaynaq vurğulayıb ki, etiraz edənlərin susdurulması üçün Eldar Mahmudov Kərəm Həsənovun adamlarından istifadə edib. Amma onlara nəzarət sabiq nazirin adamları tərəfindən həyata keçirilib. 

Bu əsnada o da deyilir ki, Eldar Mahmudovun dəstəyi ilə "Azinko”nun iri layihələr üzrə tenderləri udmaları da sirli məsələ hesab olunmur. Bildirlir ki, həmin vaxt Dövlət Satınalmalar Agentliyindəki adamları vasitəsi ilə tenderləri "udan” Mahmudov onları Həsənova verirmiş. Müqabilində külli miqdarda pul alırmış. 

Qeyd edilir ki, Kərəm Həsənovla Eldar Mahmudovun sözügedən tikinti şirkətindəki şəriklk payları da fərqli olub. JAM.AZ-a verilən məlumata görə, "Azinko”nun gəlirlərinin 40 faizi sabiq nazirə, 60 faizi isə Həsənov qardaşlarına çatırmış. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300