Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, səfər İranın müdafiə naziri Hüseyn Dehqanın rəsmi dəvəti ilə gerçəkləşib. İki nazirin təkbətək görüşündə H. Dehqan İranla Ermənistan arasında tarixi və mədəni bağların olduğunu deyib: "İran həmişə qonşu ölkələrlə yaxşı münasibətlərin qurulmasını isətyib, regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün mübarizə aparıb. Regiondakı problemlər danışıqlar yolu ilə həll oluna bilər. İran problemlərin həlli üçün əlindən gələn yardımı etməyə hazırdır”.

 

İranın müdafiə naziri Ermənistanla əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

 

V. Sarkisyan bildirib ki, Ermənistan İranla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır: "Bu səfər hərbi sahədə əməkdaşlıq üçün zəmin yarada bilər. Biz regionda və qonşu ölkələr arasında hər hansı gərginliyin yaranmasını istəmirik”.

 

O, Qarabağ münaqişəsinin həllində İranın səylərini artırmasını arzuladığını vurğulayıb.


 

ermenistanin mudafie naziri irana sefer edib

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300