Plastik düyü, kələm. Yaxud içindən dərman çıxan meyvələr. Son vaxtlar tez-tez bu cür xəbərlər eşitməyimiz azmış kimi, bu dəfə də portağalın içindən qurd çıxdı. Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Alma, nar kimi meyvələrin içindən qurd çıxmağı normaldır. Amma yəqin ki, indiyə kimi heç kim, ya da çox az adam portağalın içindən qurd çıxdığını görüb. Bəs bizdə belə meyvələr satılırmı? Əməkdaşlarımız araşdırıb.

Portağal dilimində çıxan qurdlar masanın üzərində hərəkət edir.

Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Portağalı dilimləyən şəxs qurdları çölə çıxararaq əyani göstərir.

Bir çox meyvələrin içərisindən qurd çıxdığını görsək də, portağal dilimindən qurdun çıxması ilk hadisədir.

Dövlət Fitosanitar Nəzarəti Xidməti görüntülərlə bağlı Xəzər Xəbərə açıqlama verib. Xidmətin rəisi Camal Quliyev bildirib ki, əvvəla bu hadisə Azərbaycanda baş verməyib. Çünki görüntülərdəki qablaşdırmanın üzərinə adı yazılan "Qaleon" şirkəti Azərbaycana meyvə idxal etmir. Amma ümumilikdə əvvəllər bizdə də belə hadisə baş verib.

Xidmət rəisi deyir ki, portağalın qabığı qalın olsa da, meyvə milçəkləri portağal yetişəndən sonra qabığını deşərək daxilinə sürfələrini qoya bilir. Yetişən qurdların heç bir toksiki təsiri olmadığından bilmədən yedikdə orqanizmə ziyanı da olmur. Zərər sirf estetik baxımdandır.

Belə hallarla qarşılaşan vətəndaşlar Fitosanitar Nəzarət Xidmətinə müraciət edə bilərlər.


Uluyol.info xezerxeber.com-a istinadən videomaterialı təqdim edir:


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300