"Bu il "Formula 1" azarkeşlərini əyləndirmək üçün təşkil ounacaq konsert proqramında dünya səviyyəli ulduzlar çıxış edəcəklər".

 

Modern.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bildirib. O deyib ki, keçən il keçirilən "Formula 1" Azərbaycan Qran-Prisində həm təşkilatçılıq, həm də əyləncə elementləri reklam məqsədilə yüksək səviyyədə təşkil olunmuşdu:

 

"Bu il ola bilsin, əyləncə hissə keçənilki səviyyədə olmasın. Bəzi dünya səviyyəli ulduzla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”.

 

Xarici ulduzların qonararı barədə danışan nazir qeyd edib ki,rəqəmlər heç kəs üçün sirr deyil.

 

"Bu sahədə olan mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3000 manat, bəziləri 30-50 min manat, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında çıxış edirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonarar ödənmişdi. Büdcə həmişə mediaya açıqlanıb. Biz ənənəyə uyğun olaraq, yarışın sonunda təşkilati işlərə xərclənən pulları açıqlayacağıq. Bu il yeni avadanlıqlar alınmayacaq, ötənilki texniki avadanlıqlardan istifadə olunacaq. Buna da ümumilikdə daha az maliyyə xərclənəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300