Çin klublarından biri "Barselona"nın futbolçusu Arda Turana növbəti təklif göndərib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçiyə 4 illik müqavilə və 100 milyon avro təklif edilib. Yaxın günlərdə oyunçunun agenti ilə danışıqların olacağı bildirilib.
Qeyd edək ki, Çində transfer pəncərəsi martın 1-i bağlanacaq.