İranda irimiqyaslı hərbi təlimlər başlayıb.
"Report" AFP-yə istinadən xəbər verir ki, təlimlərdə raket sistemlərinin və hava hücumundan müdafiə radarlarının hazırlığı yoxlanılır.
Ordu rəhbərliyi bildirib ki, məqsədi təhdidlərə, o cümlədən alçaldıcı sanksiyalara qarşı tam hazırlıqlı olmaqdır.
Təlimlər İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən keçirilir.