"Quran”da otuz mütəşabih (bağlı, mənası bilinməyən) ayə vardır ki, bu günədək mənası açılmamışdır. Bu haqda Rəbbim belə buyurur:

 

"Sənə Kitabı ("Quran”ı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud, Allahın elm bəxş etdiyi şəxslərdən) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.” "Quran”, "İmran Ailəsi” surəsi, 7-ci ayə.

 

"Quran”ın bağlı ayələrindən bəhs edən bu kəlamlardan məlum olur ki, onların mənasını Allah və bir də Onun Özünün elm bəxş etdiyi şəxslər (elmi-ladun sahibləri) anlayarlar. Yəni, o şəxslər ki, onlar elmi birbaşa Yaradanın Özündən vəhy yolu ilə qəbul etmişlər.

 

Amma, təssüf ki, bu gün yaşadığımız cəmiyyət Allahdan vəhy, yaxud elm qəbul etməyin mümkünlüyünü həzm edə bilmir. Bu da imanın azlığı, yarımçıqlığı ilə əlaqədardır. İndi mütəşabeh ayələri dərk etməklə bağlı təqdim edəcəyimiz bir hesablama (riyazi gediş) Allahdan bu gün də vəhy qəbul etməyin mümkünlüyünü ağıl sahiblərinə sübut edəcəkdir.

Qeyd edim ki, bağlı ayələr "Quran”ın iyirmi doqquz surəsinin başlanğıcında gəlmişdir. Bunu nəzərə alıb, 29-cu surədən başlayaraq "Quran” üzərində belə bir riyazi gəzişmə edək:

 

29-cu surə 69 ayədir;

69-cu surə 52 ayədir;

52-ci surə 49 ayədir;

49-cu surə 18 ayədir;

18-ci surə 110 ayədir;

110-cu surə 3 ayədir.

 

3-cü surə...

 

Beləliklə, gəlib çıxdıq mütəşabeh (bağlı) ayədən bəhs etdiyimiz 3-cü ("İmran ailəsi”) surəyə. Və bura qədər biri-birinə riyazi yolla bağlanan yeddi surə gəldik.

Bunu nəzərə alıb, 3-cü (!) surənin 7-ci (!) ayəsinə baxsaq, mütəşabih ayələrdən bəhs edən yuxarıdakı ayənin üzərinə gəlib çıxdığımızı görərik:

"Sənə Kitabı ("Quran”ı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahın elm elm bəxş etdiyi şəxslərdən) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.” "Quran”, "İmran Ailəsi” surəsi, 7-ci ayə.

 

Yaxın dostum Hacı Xalidin göndərdiyi bu riyazi gediş sübut edir ki, insan beyninin məhsulu olmayan bu hesablama ilə həmin ayənin üzərinə gəlib çıxan adam, elə ayədə xəbər verilən elm verilmiş şəxsdir və mütəşabeh ayələri dərk edə bilir (bu riyazi gedişə ağılla fikir versək, bunun insan beyninin məhsulu olmadığını, yalnız Allahdan vəhy, elm qəbul etməklə mümkün olduğunu dərk edərik).

 

Yuxarıda qeyd etdik ki, mütəşabeh ayələr "Quran”ın iyirmi doqquz surəsinin başlanğıcında gəlib. Elmi-lədun araşdırmalarımız göstərir ki, bunun səbəbi 29 ədədinin həm Yerin quru hissəsinin, həm də qiyamətin rəmzi olmasıdır. Belə ki, Yerin 29 faizi qurudur. Həmçnin, 29-cu surə 69 ayədən ibarətdir və 69-cu surə də "Haqq olan qiyamət” adlanmaqla, qiyamət rəmzi sayılır. Xatırladaq ki, 29 ədədi müqəddəs kitabda məhz 69 dəfə keçir. Beləliklə, iyirmi doqquz surənin başlanğıcında gələn mütəşabeh (bağlı) ayələr bizə həm də qiyaməti xəbər verir.

 

Hesablamalarımız göstərir ki, "Quran”ın mütəşabeh ayələri Dünyadakı müəmmalı enerji qəzalarına da təsir edir. Belə ki,

XXI əsrdə baş verən və bir neçə ölkəni qaranlığa qərq edən enerji qəzalarını araşdırarkən, diqqətimizi çəkən ən maraqlı məqam onların "Quran”ın bağlı (mütəşabih) ayələri ilə əlaqələnməsi oldu.

2003-cü ilin 13 avqustunda Meksika, Kanada və Amerikada baş verən, Dünyanın bu hegamon dövlətlərini yeddi gün qaranlıqda qoyan müəmmalı enerji qəzası yəqin ki, çoxlarınızın yadındadır. Həmin hadisə baş verən gün elm və kamillik əsri olan XXI əsrin 955-ci günü idi.

Maraqlıdır ki, elm mənbəyi olan "Quran”ın 955 ci (!) ayəsi (başdan saydıqda) yeddinci surənin birinci ayəsidir:

 

"ƏLİF, LAM, MİM, SAD”

 

Bu mütəşabeh ayədə diqqət çəkən digər maraqlı məqam hərflərinin sayının 13 olmasıdır. Enerji qəzasının baş verdiyi tarix də 13-dür (13 avqust)!

 

Bildiyimiz kimi, 13 ədədi "Göy gurultusu” surəsinin sıra nömrəsi olmaqla, ildırımın, enerjinin (!) rəmzidir (fizikadan məlumdur ki, Hidrogen atomunun həyəcanlanması 13 EV-da baş verir və enerji ötürülməyə başlayır).

 

Amerlkada baş verən enerji (!) qəzasının əsrin 955-ci günü olmasını və həmin tarixlə uzlaşan (üst-üstə düşən) mütəşabeh ayənin nömrəsinin 955 olduğunu nəzərə alıb, bu ədəddən "Quran”ın surələrinin (114) və səhifələrinin (286) sayını çıxaq:

 

955 – 114 – 286 = 555

 

Alınan 555 ədədi "Quran”da tövbə və cəza rəmzi sayılır (555 ədədi barədə əvvəlki yazılarımızda şərh vermişik).

 

Yuxarıda bəhs etdiyimiz 955-ci (mütəşabih) ayənin hikmətlərini daha dərindən dərk etmək üçün burada hərflərin sayı olan 13 ədədinin digər mənalarına nəzər salaq.

Bunun üçün, əvvəlcə 3-cü surənin 13-cü ayəsinə (3:13) baxaq:

 

"İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər 313 nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir”. "Quran”, 3:13

 

313 nəfərdən bəhs edən əhvalatın məhz 3-cü surənin 13-cü ayəsində getməsi təsadüf sayıla bilməz ("Quran” məntiqinə görə həyatda təsadüf yoxdur).

Rəqəmlər üzərində tədqiqat aparan rəssam dostum Həmid Məhərrəmovun bu günlərdə 13 rəqəmi ilə bağlı mənə göndərdiyi bir hikməti də burada qeyd etməyim yerinə düşər: "1” rəqəmi ərəbcə "Əlif”ə, "3” rəqəmi isə, çevirəndə "lam”a bənzəməklə, ərəbcə bu ədəd "Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına).

 

Hesablamalarımız göstərir ki, 2013-cü ilin 13 avqustunda (əsrin 955-ci günü) Amerka kimi dünya hegomonu olan bir dövlətin (və onun ətrafındakı dövlətlərin) işığını bir həftəlik söndürməklə, Yaradan həmin dövlətlərin rəhbərlərinə və sakinlərinə, onların simasında bütün bəşəriyyətə pis işlərdən əl çəkmək, tövbə edib doğru yola qayıtmaq üçün mesaj verirdi. Bu kodlaşdırılmış xəbrdarlığa məhəl qoymamağın nəticəsidir ki, bu gün dünyada fəlakətlərin ardı-arası kəsilmir.

 

Yuxarıda qeyd etdik ki, mütəşabeh ayələr həm də qiyamətə işarə verir. Hesablamalarımız göstərir ki, qiyamət məhz XXI əsrdə baş verəcək. Ondan qabaq isə, lokal (mikro) qiyamətlər baş verəcək ki, bununla da Yer kürrəsi indiki murdarlıqlardan təmizlənərək, özünün kamillik dövrünə qədəm qoyacaqdır. (Təmizlənmə prosesində baş verəcək katakilizmlərdən insanları xilas edən şəxs (xilaskar) sayca 13-cü imam olacaq və özünü təqdim etmədən özündən əvvəlkilərin missiyasını davam etdirəcəkdir. Baş verən hadisələrin bir çox hallarda 13-ə bağlanması da bununla əlaqədardır. Bu başqa bir yazının mövzusudur.)

 

Allah-təala yaratdığı bəndələrin hamısının bu kamillik dövründən bəhrələnməsini istəyir. Ona görə də elm verdiyi şəxslər vasitəsi ilə bəndələrini xəbərdar edir ki, bəla gəlməzdən öncə tövbə etsinlər və qiyamət günü Allahın hüzuruna üzü ağ getsinlər.

 

"Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə sonrakı imanı heç bir fayda verməz. De: "Gözləyin, doğrusu, biz də gözləyirik!” "Davar” surəsi, 158.

 

Ümüd edirik ki, bu hikmətləri dərk edərək, insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa, rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar.

 

Paşa YAQUB, Tədqiqatçı-yazar

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300