Bir müddət öncə ölkədə pəhləvanların istifadə etdiyi daşlara verilən qiymət hər kəsin marağına və təəccübünə səbəb olmuşdu.

Belə ki, Gürcüstan əsilli bir nəfərin 16 kq-lıq çəki daşları axtardığı həm elan saytlarında qeyd edilmişdi, həm də dildən-dilə gəzirdi. Həmin şəxs axtardığı ağırlıq daşları üçün 25-50 min dollara qədər pul verəcəyini deyirdi. Bu daşın özəlliyi isə ondan ibarət idi ki, yerə atılanda böyrü üstdə düşmürdü.

Bu da pul qazanmaq niyyətində olan bir çox gəncin pəhləvanlara üz tutub, daşları almaq istəyi ilə nəticələndi. Sonradan isə söz-söhbət yayıldı ki, sən demə, həmin daşların içərisində nəsə maddə var. Hətta bunun civə olduğunu deyənlər də tapıldı. Həmin daşların bir üzünə çəkisi yazılanda digər üzünə isə rus dilində "CCCP” yazıldığı bildirilir.

İddialara görə, sonradan həmin şəxs paytaxtda həbs olunub. Bəziləri isə bunun bir fırıldaq olduğunu yazırdı.

Məsələ ilə bağlı Azərbaycanın tanınmış pəhləvanlarına müraciət etdik.

Yeniçağ.az-a danışan Laçın Pəhləvanoğlu bununla bağlı ona çox müraciət edildiyini dedi:

"Mən bu barədə biləndə bəlkə də Azərbaycanda heç kimin o daşlardan xəbəri yox idi. Dəfələrlə bununla bağlı mənə müraciət edənlər də olub. Hətta elə gün olub ki, telefonumu sondürmüşəm. Çünki əsəblərim korlanırdı. Elə insanlardan zəng gəlirdi ki… "Alo” deyən kimi başlayırdılar: "qardaşoğlu, əmin qurban, necəsən?”. Mən də heç o heç soruşmadan əvvəl cavab verirdim ki, o daşdan məndə yoxdur (gülür).

Bilirsiz, o bir neçə insanın ortaya atdığı fərziyyə idi. O daşlar Sovet vaxtı hazırlanmışdı, yəni rus o qədər ağılsızdır ki, o "gir”in içərisinə civə qoysun, bütün dünyaya paylasın?

Azərbaycanda bəlkə də ən çox pəhləvan daşı bizdədir. Həyətimdə 60-a yaxın "gir” var. Bir dəfə "instagram”da girlərin şəklini paylaşdım. Mesaj qutusuna 100-dən çox insan yazdı. 100 minlərlə pul təklif edirdilər. Dedim, satılası daşım yoxdur. Onlar yadigardır. Hələ də insanlar anlamır ki, belə bir şey yoxdur.

Məndə atamın vaxtından qalan daşlar var ki, içərisində civəsi-filanı olanı yoxdur. Əslində, onun aşıb – qalxmağının səbəbini belə izah edim. Onu ruslar xüsusi olaraq, sirk pəhləvanları üçün hazırlayıb. Janqlyorların asan oynada bilməsi üçün o daşların misli yoxdur.

Onlardan ustad Rəşid Pəhləvanda da olub. Çünki o da sirkdə fəaliyyət göstərirdi. Qədimi daşlar idi. Axmaqlıq edib, içinə qiymətli nəsə qoyası deyillər ki…”.

Bildirək ki, məsələ ilə bağlı ən çox müraciət olunan pəhləvan Vüsal Cavadovdur. Hətta iddia edilirdi ki, həmin çəki daşlarından onda olub, ancaq o "ata yadigarımdır”, deyərək satmayıb. Məsələ ilə bağlı Vüsal pəhləvanın da mövqeyini öyrəndik. Yeniçağ.Az-a danışan pəhləvan onda elə bir çəki daşlarının olmadığını dedi:

"Bu barədə camaat hələ də danışır. Amma bizim istifadə etdiyimiz daşların arasında beləsi yoxdur. Eşitmişəm ki, bu cür daşlara Rusiyada rast gələnlər olub. Deyilənə görə, bunlar daha çox qədimi daşlardır. O daşların digərlərindən heç bir fərqi yoxdur: nə ağırlıq baxımından, nə də digər məsələlərdə…

Guya həmin daşları atanda yıxılmır, ayağa qalxır. Düzünü deyim ki, mən özüm də əslində, o daşları görməmişəm.

Bununla bağlı mənə hətta xaricdən də zəng ediblər. Deyiblər ki, o daşlardan varsa bizə satın alırıq. 1000 manat, 5 min manat, 10 min manata qədər müxtəlif rəqəmlər təklif ediblər.

Guya deyirlər ki, içində civə var. Amma civə deyil. Bu barədə internetdə də oxudum. Nəsə başqa məhluldur. O da çox qiymətlidir. Civəyə aidiyyatı yoxdur. Bu məhlul da onun aşanda qalxmağına səbəb olur”.

Qeyd edək ki, hətta internetdə də bu daşlardan almaq üçün elanlara rast gəldik. Ancaq həmin nömrələrlə "vatsap” vasitəsi ilə əlaqə saxlamağın mümkün olduğu yazılıb. Onlarla əlaqə yaratmağa çalışsaq da alınmadı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300