Türkiyənin Bursa əyalətində keçirilən iki günlük anti-terror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasına üzvü olmaqda şübhəli bilinən 105 nəfər tutulub.
"Report” "Anadolu” agentlyinə istinadən xəbər verir ki, onların 59-u xarici ölkə vətəndaşıdır.
Məlumata görə, saxlanılan şəxslərin 51-i Suriya, 1-i Rusiya, 4-ü Türkmənistan, 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan 46-sı isə Türkiyə vətəndaşıdır.