"Hazırda dərman bazarındakı qiymətlərdə həddindən çox süni artım var”.

 

Bu barədə açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, dərman bazarına xaos yaranıb: "Əslində, dərman bazarında yaranmış vəziyyət dərmanın monopoliyada olması ilə bağlıdır. Dərman bazarında azad rəqabət yoxdur. Əvvəl xeyli dərman firmaları fəaliyyət göstərirdi və Azərbaycana gələn dərman preparatlarının bir neçə analoqu olurdu. Bu da rəqabət yaradırdı, nəticədə qiymətlər ucuzlaşmağa doğru gedirdi. Amma firmaların çoxu Tarif Şurasının müdaxiləsindən sonra bağlandı. Bəziləri müflis oldu, bəziləri isə yaranmış rəqabət mühiti ilə işləməyin mümkün olmadığını görüb, fəaliyyətini dayandırdı. Nəticədə belə bir vəziyyət yarandı”.

 

Adil Qeybulla bildirib ki, ayrı-ayrı monopoliyaya nəzarət edən şirkətlər dərman bazarına diktə edirlər:"Qiymətlərin süni şişirdilməsi, real qiymətlərdən yüksək olması halları ilə yanaşı dərmanların keyfiyyət parametrlərinin özləri də aşağıdır. Burada həyəcanlı tibbi bir durum yaranıb. Bunun çıxış yolu kimi dövlət farmakopeyası yaranmalıdır. Azərbaycana idxal olunan dərman maddələrinin hər biri orada təsbit olunmalıdır. Yəni ilk növbədə biz Ümumdünya Səhiyyə Təşkilatına daxil olmuş dərmanların idxalı ilə məşğul olmalıyıq”.

 

Professor vurğulayıb ki, eyni zamanda üçüncü ölkələrdən, mənşəyi məlum olmayan yerlərdən dərman idxalı dayandırmalıdır:"Ümumiyyətlə, daxili bazarda dərmanların stabilliyini təmin etmək üçün tibbi tədbirlər görmək mütləqdir. Hazırda Azərbaycan İranla müştərək farmakoloji zavod açır. İnanmıram ki, nəticə etibarı ilə orada uğur olsun. Çünki yaxşı olardı ki, Avropa tanınmış şirkətlər ilə əməkdaşlıq edilsin. Bununla da xeyli yüksək keyfiyyətə ucuz mallar əldə edə bilərik”.


 

Sevinc Yasinqızı, Bakı Post

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300