Etirazların davam etdiyi Rumıniyadan daha bir istefa xəbəri gəlib.

 

Axar.az xəbər verir ki, Rumıniya Ədliyyə naziri Florin Yordake istefa verdiyi açıqlayıb.

 

"İstefa ərizəmi yazmağa qərar verdim. Bu günə qədər gördüyüm bütün işlər qanuni idi”, - deyən Yordake "korrupsiyaya görə tutulanların əfv olunması” ilə bağlı təklif olunan qanun layihəsinin əsas yaradıcılarından biri idi.

 

Qeyd edək ki, yeni qanun layihəsində 5 ildən az həbs cəzası alan məhkumların və korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərindən həbs olunan məmurların əfvi nəzərdə tutulmuşdu. Lakin xalqın etirazından sonra hökumət bu qanun layihəsini ləğv edib. Buna rəğmən, xalq etirazlarını davam etdirir. Etirazların nəticəsi kimi, daha əvvəl Rumıniyanın Ticarət naziri Florin Jianu Feysbuk səhifəsində istefa verdiyini açıqlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300