İranda yüz minlərlə insan " Amerikaya öüm!" şüarı ilə ABŞ prezidenti Donald Trampa qarşı mitinqlərə çıxıb.

 

"Reuters"-in verdiyi məlumata görə, marş 1979-cu ildə baş vermiş İslam inqilabının ildönümünə həsr olunub.

 

İranın dövlət televiziyası xəbər verir ki, milyonlarla İran vətəndaşı Amerika və İsrail əleyhinə ənənəvi şüarlar səsləndirərək və ABŞ bayraqlarını yandıraraq ildönümünün bayram edilməsinə qoşulub. Eyni zamanda sosial şəbəkələrdə bir çox iranlılar fleşmoba qoşularaq, inqilabın ildönümünün bayram edilməsi zamanı bayraqları yandırmağı dayandırmağa çağırıblar.

 

"İslam inqilabının bayram edilməsi günündə İran xalqının küçələrə çıxmaq arzusu - bu, Ağ Evə cavabdır”, - deyə İran prezidenti Həsən Ruhani qeyd edib.

 

Onun sözlərinə görə, milyonlarla iranlı küçələrə çıxdı ki, inqilab yolundan, mərhum imam Xomeyninin və islam rəhbərliyinin kursundan imtina etməyəcəklərini Ağ Evin məmurlarına anlatsınlar.

 

(AzVision.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300