Fəaliyyəti dayandırılmış ANS TV-nin aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı  tərk edib. 

 

Bu barədə Gununsesi.info saytı məlumat yayıb. Məlumata görə, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən  Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv edib və hazırda o, xarici ölkələrdən birindədir. 

 

Yada salaq ki, ötən ilin oktyabrında Qənirə Ataşova  Bakıdan İstanbula uçarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək, geri qaytarılmışdı. Buna səbəb isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində "Gülən işi” ilə əlaqədar cinayət işinin açılması olmuşdu. 

 

Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Eyni zamanda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qarşısında ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırmışdı.

 

Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız sosial şəbəkə üzərindən Qənirə Ataşova ilə əlaqə saxlayıb. Teleaparıcı yayılan məlumatı təsdiqləyib və bildirib ki, hazırda Misirə uçur, oradan isə İstanbula gedəcək. 

 

Onu da xatırladaq ki, bundan əvvəl teleaparıcı açıqlama verərək bildirmişdi ki, Türkiyənin İstanbul şəhərindən ona iş təklifi gəlib, lakin ora getmək üçün Azərbaycandan buraxılması lazımdır.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300