"Oğuzdan törədim, türk oğlu türkəm,

Poladdan kövrəyəm, dəmirdən bərkəm.

Alçalda bilməzsən məni, a nadan,

Mən bu görkəmimlə dünyaya görkəm!”

 Şəki Dövlət Regional Kollecində yuxarıdakı möhtəşəm misraların müəllifi, Türk Dünyasının böyük mütəfəkkir şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.

Tədbirdə çıxış edən ziyalılar şairin unudulmaz xatirəsinə ehtiramlarını ifadə edərək bildirdilər ki, artıq 9 ildir aramızda olmasa belə, özündən sonra qoyduğu bənzərsiz əsərləri və nəsillərə örnək ola bilən ömür yolu onu bizə hər an daha da yaxınlaşdırmaqda, daha da sevdirməkdədir. Bu gün bu misilsiz söz sənətkarı ilə öyünən təkcə doğulduğu Şəki torpağı deyil, bütövlükdə TÜRK DÜNYASIDIR.

Gecədə Bəxtiyarsevərlərə şair-publisist Dərviş Osman Əhmədoğunun unudulmaz müəlliminə həsr etdiyi "219-cu auditoriya" kitabı da təqdim olundu. Kitabın tərtibçisi və redaktoru Qiymət Məhərrəmli tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, "219-cu auditoriya” oxucuları müəllifin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığı illərə - Bəxtiyar Vahabzadənin dərs dediyi auditoriyaya səyahətə aparacaq. Halal bir tələbənin öz halal müəlliminə övladlıq borcu kimi araya-ərsəyə gələn bu işıqlı toplu əsas etibarilə müəllifin "Elimiz-Günümüz” qəzetinin 2011-2012-ci illər ərzində işıq üzü görmüş 21 sayında dərc edilən "219-cu auditoriya: Bəxtiyar Vahabzadə dərsləri...” adlı silsilə yazıları əsasında tərtib olunmuşdur. Həzin, kövrək yaşantılar, qanadlı xatirələr əsasında qələmə alınmış bu kitab Osman Əhmədoğlunun sevimli müəllimi, Türk Dünyasının fəxri, unudulmaz xalq şairi Bəxtiyar Vahabzadə haqqında sənədli povesti də adlandırıla bilər.

Mərasimdə kollecin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında şairin şeirləri və sözlərinə yazılmış mahnılar böyük sevgi ilə təqdim olundu.

Ruhun şad olsun, UNUDULMAZ ŞAİRİMİZ!

 

Uluyol.info
Tural İNTİQAM


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300