Elə məhsullar var ki, onu hər kəs gündəlik olaraq istifadə edir və bunun üçün müxtəlif marketlərə üz t utur. Lakin heç də həmişə aldığımız ərzaq məhsullarının tərkibi üstündə göstərilən tarixlə üst-üstə düşmür. Yəni təzə mal adı ilə bizə satılan ərzaqların "vaxtından əvvəl” xarab olduğu üzə çıxır.

Bu günlərdə Yeniçağ.az-a daxil olan məlumata görə, oxucularımızdan biri 1 yaşlı uşağı üçün marketdən kəsmik alıb, evdə isə kəsmiyin "kifləndiyi” məlum olub. Həmin bu məhsul hər kəsin tanıdığı və etibar etdiyi "Antena” şirkətinə məxsusdur. Redaksiyamıza ünvanlanan şikayətdə bildirilir ki, kəsmiyin üzərində yararlılıq müddətinin göstərilməsinə baxmayaraq, içərisi tamam xarab olub:

"Kəsmiyin istehsal vaxtına baxıb almışdıq. Çünki mən bunu körpə uşağıma verəcəkdim. Evdə kəsmiyi açanda gözlərimə inanmadım: kəsmik kif bağlamışdı. Marketə gedib, iradımızı bildirdik və kəsmiyi dəyişdik. Yeni kəsmikdən də ağır qoxu gəlirdi. Əslində, qablaşdırmanın üzərində son istifadə tarixi fevralın 19-u göstərilmişdi, biz isə məhsulu yanvarın 27-də almışdıq. Yenə marketə getdik və bizə bildirdilər ki, bu məhsulu "Atena” şirkəti istehsal edib, məsuliyyəti də onlar daşıyır”.

Demək, reklamı hər gün gözümüzü döyənək edən "Atena”nın məhsulları ya təzə olmur, ya da üzərindəki yararlılıq müddətində saxtakarlıq edilir. Bəs görəsən bu zərərli və istehlakçını aldadan məhsula görə kim məsuliyyət daşıyır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edilən faktla bağlı Yeniçağ.az-a bildirir ki, bu, ölkə prezidentinin yaratdığı toxunulmazlıq şəraitdən sahibkarların sui-istifadə etməsidir. Onun sözlərinə görə, vaxtı keçən, lakin üzərində saxta istehsal müddəti qeyd edilən məhsullarla bağlı müraciətlər olur: "Həmin məhsulların Azərbaycanda satışını həyata keçirən şirkətlərə zəng edirsən, lakin müxtəlif bəhanələrlə münasibət bildirmirlər. Gigiyena və Epidemiologiya Mərkəzinə zəng edirəm deyirlər ki, rəsmi müraciət edin, biz də öz növbəmizdə İqtisadiyyat Nazirliyinə müraciət edəcəyik. Ardınca onlar da Ədliyyə Nazirliyinə müraciət edəcəklər və çıxarış alacağıq. Və öncədən şikayət edilən şirkətə deyəcəyik ki, gəlirik sizi yoxlamağa, bundan sonra məsələni araşdıracaqlar. Bir sözlə, hansısa dövlət orqanı yoxdur ki, belə məsələlərə operativ müdaxilə etsin. Nəticə etibarı ilə də sahibkarlar bundan sui-istifadə edirlər. Təsadüfi deyil ki, ötən həftə Prezident İlham Əliyev tərəfindən qida təhlükəsizliyi ilə bağlı fərman imzaladı. Bu məsələ ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Baş nazirin müavini Əli Əhmədova müraciət etmişəm ki, vəziyyət çox acınacaqlıdır, dövlət orqanları müdaxilə etmir, insanlar zəhərlənir. Həqiqətən vəziyyət kritikdir, xəstəxanalar, apteklər insanlarla doludur. Heç bir dövlət orqanının da ixtiyarı yoxdur ki, operativ müdaxilə eləsin”.

BƏXTİYAR,Yeniçağ.az

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300