Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş məsləhətçisi general-leytenant Maykl Flin istefa verib. 

Musavat.com bu barədə dünya mediasına istinadən xəbər verir. 

Məlumata görə, Flinın istefa verməsinə səbəb Rusiyanın Vaşinqtonda olan səfiri Sergey Kislyak ilə etdiyi telefon danışığından sonra ortaya çıxan iddialar olub. 

Bildirilir ki, Flinın Kislyakla söhbəti barədə xəbərlər mediada yer alandan sonra o, bu xəbəri təkzib edib, səfirlə hüzr məsələsi ilə bağlı söhbətləşdiyini deyib. Ancaq sonradan onun Rusiya səfiri ilə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı danışdığı bəlli olb.

Maykl Flin istefası barədə aşağıdakıları deyib: "Fərqinə varmadan vitse-prezidenti və digərlərini telefon danışığımla bağlı əskik məlumatlandırmışam. Prezident və vitse-prezidentdən üzr dilədim və onlar mənm üzrxahlığımı qəbul etdilər.İstefa verirəm. Bu qədər şərəfli bir postda ölkəməvə Amerika xalqına xidmət etməkdən şərəf duydum. Prezident Tramp və vitse-prezident Maykl Pens və onların topladığı möhtəşəm komanda ABŞ tarixində ən böyük hakimiyyət komandası kimiqalacaq".

Qeyd edək k, Flinin yerinə təqaüddə olan ordu generalı Keys Kelloq təyin edilib. O Trampın seçki kampaniyasındafəal iştirak etmiş şəxsdir.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300