"ABŞ prezidenti Donald Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması barədə məlumatlar heç bir fakta əsaslanmır".

APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Səhər qəzetlərini oxumayın. Xatırlayırsınızsa, bu, mənim sözüm deyil. Ona görə də, gəlin qəzet xəbərlərinə inanmayaq. Çünki indi həqiqəti şayiədən ayırmaq çox çətindir", - deyə o vurğulayıb.

Peskov əlavə edib ki, həmin məlumatlarda 5 müxtəlif mənbələrə istinad edilir, lakin onlardan heç birinin adı çəkilmir: "Yəqin ki, bu insanların kimliyi barədə hansısa məlumat var. Yəqin ki, vaxt gələcək, kimsə bu barədə açıq-aşkar danışacaq. Gəlin, həmin vaxtı gözləyək, yalan məlumata inanmayaq. Bu, qəzet xəbəridir, hansı ki, heç bir fakta əsaslanmır".

 

Qeyd edək ki, "Nyu-York Times" nəşri adı çəkilməyən amerikalı məmurlara istinadən Donald Trampın köməkçilərinin prezident seçkiləri ərəfəsində Rusiya kəşfiyyatının yüksək vəzifəli şəxsləri ilə telefonla danışdıqlarını iddia edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300