Türkiyə 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə gənclər və idman naziri Akif Çağatay Kılıç Prezident və Baş nazirin tapşırığı ilə Avro-2024-ə ev sahibliyi etmək üçün müvafiq müraciət etdiklərini bildirib:

"Türkiyə beynəlxalq yarışlara ev sahibliyi edə biləcək gücdədir. 2020-ci il Olimpiya Oyunlarına namizədliyimiz bizə çox şey öyrətdi. Biz bütün təşkilati işləri görə biləcək gücdəyik. Yeni yollarımız, körpülərimiz, hava nəqliyyatımız hazır vəziyyətdədir. Heç bir problem olmayacaq".

Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören isə 2018-ə qədər vaxtları olduğunu deyib:

"Çoxlu sayda yeni stadionlar tikmişik. Avro-2024-ə ev sahibliyi üçün çox ölkənin namizəd olacağını gözləmirəm. Ən çox 1-2 rəqibimiz olacaq".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300