Bakının Xəzər rayonunda "Təcili yardım" həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.

Bu barədə "Report"a mərhumun valideynləri məlumat veriblər.

Belə ki, Zirə qəsəbəsində 1993-cü il təvəllüdlü Mailova Məlhəm Heybət qızı qan təzyiqinin aşağı düşməsi səbəbindən "Təcili yardım" xidmətinə müraciət edib. M.Mailovanın çağırışına gecikən "Təcili yardım" xidmətinin həkimi ona iynə (əzələdaxili inyeksiya) vurub. Bu isə əks təsir göstərib.

M.Mailovanın halının kəskin dəyişdiyini görən valideynləri həkimdən gənc qızın xəstəxanaya aparılmasını tələb ediblər. Ancaq "Təcili yardım" xidmətinin həkimi bundan boyun qaçırıb. Nəticədə M.Mailova ölüb.

Gənc qızın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev sayta bildirib ki, "Təcili yardım" xidmətinin həkimi Həkim Məsləhət Komissiyasına çağırılıb: "Onun rəyi alınacaq. Faktla bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq və o, işdən azad olunub məsuliyyətə cəlb ediləcək".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300