Fazil Mustafa:"Narkotik vasitələrdən müəyyən dərəcədə istifadə etməsinə, satışına görə bu qədər insanın həbsxanada olmasının tərəfdarı deyiləm”
Ələsgər Məmmədli: "Marixuananın leqallaşdırılmasının əleyhinəyəm; həbsxanaların boşaldılması üçün qondarma ittihamlardan imtina olunmalıdır”

Gürcüstanın Konstitusiya Məhkəməsinin şəxsi istifadə üçün 100 qrama qədər təzə marixuananın alınması və saxlanılmasına görə həbs cəzasını ləğv etməsi, Azərbaycanda daha bu kontekstdə bir məsələni gündəmə gətirdi.

Belə ki, bu ilin 10 fevral tarixində ölkə başçısı İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzaladı. Sərəncamda qeyd olunub ki, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısı alınsın, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin edilsin. Sərəncamda həmçinin bu da yer alıb ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.
Bildirilir ki, hazırda həbsxanalarda xeyli dustaq məhz narkotik istifadəçisi olduğu üçün həbs olunub. Bəs belə olduğu halda prezidentin bu sərəncamından irəli gələrək Azərbaycanda da "marixuana amnistiyası” gözlənilirmi?

Deputat Fazil Mustafa "Yeni Müsavat”a bildirib ki, bu məsələ ilə bağlı ölkədə bəzi çatışmazlıqlar var: "Problemin kökü ondadır ki, marixuanadan əziyyət çəkən insanların müəyyən dərəcədə müalicəsi ilə bağlı sistem formalaşmalıdır.

Картинки по запросу fazil mustafa

Müalicə sistemi isə Azərbaycanda xeyli zəifdir. Ona görə də həbs olunmuş şəxsi cinayət cəzasında azad etdikdən sonra, bunun elə bir faydası olmur. Hələ insanların digər hissəsi, həbsxanada daha çox bu vərdişə yoluxurlar. Bu baxımdan da məsələnin daha fərqli müstəvidə həll olunmasına ehtiyac var. Bu da həmin qeyd etdiyimiz müəssisələrin daha sağlam şəkildə qurulması, səmərəli fəaliyyət göstərmə imkanlarının həyata keçirilməsidir. Bundan sonra isə artıq digər məsələlər də öz həllini tapa bilər. Hər halda mən narkotik vasitələrdən müəyyən dərəcədə istifadə etməsinə, satışına görə bu qədər insanın həbsxanada olmasının tərəfdarı deyiləm. Narkotik vasitə istifadə edən şəxslərə xəstə kimi baxmaq lazımdır. Onların müalicə yerlərinə göndərilməsini təmin etməyə gərək var. Hər halda Gürcüstanda bu məsələ yəqin ki, həmin aspektdə qəbul olunub. Bizdə də bu məsələ müzakirə olunub, məqbul yol tapıla bilər”.

Hüquqşünas Ələsgər Məmmədliisə "Yeni Müsavat”a bildirib ki, sərəncama uyğun olaraq fərqli addımlar atmaq lazımdır: "İlk olaraq qeyd edim ki, marixuananın leqallaşdırılmasının əleyhinəyəm. Təkcə bu maddə deyil, hətta siqaretin belə sağlamlığa vurduğu zərər düşünülərək, az istifadə olunması önəmlidir. Çünki bundan doğan xəstəliklər, cəmiyyətdən xeyli həm maddi, həm də mənəvi resurs aparır.Картинки по запросу Hüquqşünas Ələsgər Məmmədli

Bu gün ölüm faktlarının böyük əksəriyyəti zərərli alışqanlıqlardan doğan hallardır. Gürcüstan parlamenti özü bilər, ancaq bunun Azərbaycanda da baş verməsinin problemlər yaradacığını düşünürəm. Azərbaycanda bu baş verərsə, kifayət qədər böyük istehlakçı kateqoriyası formalaşar. Bu isə xeyli sayda problemlərə səbəb olar. Eyni zamanda cinayət faktları da çoxalacaq. Söhbət cəzaların azaldılması və ya yüngülləşdirilməsindən gedirsə, buna başqa cür yanaşmaq lazımdır. Azərbaycanda əlbəttə ki, qanunvericilikdə də var ki, yalnız istifadəçi kimi bəlli bir həddə qədər narkotik gəzdirən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Həbsxanaların boşaldılması üçün qondarma ittihamlardan imtina olunmalıdır. Bir çox insanların şərlənərək tutulması ilə bağlı məlumatlar var. Bu gün bizdə problem ondan yaranır ki, hakimlər prokurorların ittihamlarını gözüyumulu şəkildə qəbul edirlər. İkincisi isə problemlər, bu və ya digər formada sifarişlərin olmasından qaynaqlanır. Sərəncama gəlincə isə ümid edirəm ki, bundan sonra məhkəmə və hüquq islahatları aparılacaq. Bir sərəncamla hər şey həll olunmaz, ancaq bununla paralel şəkildə məhkəmə təcrübəsi dəyişə bilər. Eyni zamanda prokurorların sanksiya tələb edərkən, qanunun humanizmini də nəzərə alaraq bunu etmələri, məhkəmələrin prokurorların ittihamlarına reaksiya verən zaman qanunun tələblərinə əməl etməsi, daha çox praktik və peşəkarlıqla bağlıdır. Praktik ona görə ki, müdaxilələr var, peşəkarlığı isə ona görə qeyd etdim ki, onlar indiyə qədər nə qədər gözüyumulu qərarlar veriblər və birdən-birə dəyişmək imkanları da məhduddur. Hökumət, bu kateqoriyanı öz siyasətinin dəyişdiyinə inandırmalıdır. Əgər bu mümkündürsə dəyişikliklər də olacaq. Yoxsa bir marixuananı sərbəst buraxmaqla nəyəsə nail olmaq mümkün deyil”.

Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300