Türkiyə qondarma "Dağlıq Qarabağ Respublikasın”da fevralın 20-da keçirilməsi planlaşdırılan "referendum”u tanımadığını bəyan edib.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 25 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan "referendum” beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının, ATƏT prinsiplərinin açıq pozulması deməkdir. Bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərə də zərər verir.


"Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulmasına yönəlmiş bu hadisəni qınayır. Qeyri-qanuni olan bu "referendum” və nəticələri Türkiyə tərəfindən tanınmayacaq”deyə bəyanatda bildirilir.

Açıqlamada o da qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir: "2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasını labüd edir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli ilə bağlı səyləri dəstəkləməyə davam edəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300