Ötən ilin 18 iyulunda ANS telekanalının bağlanmasından sonra bu media qrup barədə müxtəlif xəbər yerlər yayılmaqdadır.
Yeniçağ.az-ın əldə etdiyi son məlumatlara görə, ANS Şirkətlər Qrupuna aid olan nəqliyyat
vasitələri satışa çıxarılıb. Hətta məlumatda bu avtomobillərin hərraca
çıxarıldığı deyilir. Əgər avtomobillər hərraca çıxarılırsa, demək, ANS-in əmlakı
sayılan bu nəqliyyat vasitələri şirkətin iradəsindən kənar baş verib. Çünki ANS
rəhbərliyi şirkətə məxsus bu avtomobilləri yalnız özü satışa çıxara bilər. Hər
halda od olmayan yerdən tüstü çıxmaz.
Məsələ ilə bağlı Yeniçağ.az-a danışan ANS Şirkətlər Qrupunun vitse-prezidenti
Mirşahin Ağayev bildirib ki, şirkətin avtomobillərini satışa çıxartması ilə
bağlı məlumatlar yalandır və ANS-lə bağlı heç bir açıqlama vermək istəmirəm.