Bu oyuncaqlar uşaqlarınızın bütün danışdıqlarını qeydə alır. Əgər evinizdə belə oyuncaqlar varsa, onlardan ən qısa zamanda xilas olmalısınız.

Bu barədə Almaniyanın telekommunikasiyadan məsul qurumu "Bundesnetzagentur” şirkəti açıqlama yayıb.

Rəsmilərin sözlərinə görə, bu oyuncaqların içərisinə "blutuz” yerləşdirilib.

Sahibinin suallarını internetə qoşulmaqla cavablayan "Cayla” adlı bu oyuncaqların məhv edilməsi tələbi irəli sürülüb. Onun bu özəlliyi Stefan Hessel adlı tələbə tərəfindən aşkarlanıb. Hessel "blutuz”u olan bir cihazın 10 metr məsafədən "Ceyla”nın mikrofonuna bağlana biləcəyini müəyyən edib. Mütəxəssislər hakerlərin bu oyuncaqlar vasitəsilə uşaqlarla danışa biləcəyini xəbərdarlıq edir.

"Cayla”nın sistemindəki zəiflik 2015-ci ilin yanvarında ABŞ və Avropada istehlakçıların şikayətlərinə səbəb olmuşdu. Oyuncaqların satışını həyata keçirən "Vivid toy” adlı şirkət problemlərin aradan qaldırılacağını açıqlayıb. Lakin bu oyuncaqları isehsal edən "Genesis Toys” şirkəti hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, Almaniyada casusluq məqsədilə istifadə edilə cihazlar qadağandır. Bu cihazları satan və ya üstündə gəzdirənləri iki ilə qədər həbs cəzası gözləyir.

Gülxar, publika.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300