İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı fevralın 17-də saat 16.00 radələrində yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmayıb. Elə həmin gün, daha doğrusu, ayın 17-dən 18-nə keçən gecə saat 2 radələrində polis və prokurorluq əməkdaşlarından ibarət olan 8 nəfərlik qrup onun kirayədə qaldığı evə gələrək axtarış aparıblar. Əməliyyatçılar jurnalistin evində kompyuterini və sənədlə aldığı ov tüfəngini götürüb gediblər.

Elçin İsmayıllı həm də AXCP Ali Məclisinin İsmayıllıdan seçilmiş üzvüdür. Partiyanın sədr müavini Gözəl Bayramlı məlumat paylaşıb ki, Elçin İsmayıllının Bakıya gətirlidiyini öyrənə biliblər. Amma onunharda saxlanması barədə dəqiq məlumat yoxdur. Məlumatı dəqiqləşdirmək üçün çalışmaları isə nəticə vermir.

Əldə etdiyimiz məlumata görə, E.İsmayıllıya 24 sutka inzibati həbs cəzası verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300