Siyasi Məhbusları Müdafiə Mərkəzi ""Nardaran işi”; siyasi motivlər, qanunsuzluqlar və reallıqlar” mövzusunda araşdırma-hesabat hazırlayıb.

 

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

 

Onun sözlərinə görə, sabah hesabatın təqdimatı keçiriləcək, siyasi məhbuslarla bağlı müzakirələr olacaq.

 

"Son günlər Hollandiyada yaşayan siyasi mühacir Orduxan Temirxanın Bakıdakı qohumlarının - bacılarının, qardaşlarının və onların övladlarının polisə aparılaraq təzyiqlərə məruz qalması, siyasi repressiyaların güclənməsini nəzərə alaraq, sabahkı toplantımızda bu məsələni də müzakirəyə çıxaracağıq", - Gülalıyev bildirib.

 

Toplantı 21 fevral saat 14 00-da baş tutacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300