Müsavat Divanı "REAL”-çı bloger Rahim Şalıyevin şərlənərək inzibati qaydada həbs edilməsini hakimiyyətin ifadə azadlığına qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirib

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat departamentindən "Basta”ya verilən məlumatda bildiri ki, iclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının məlumatı dinlənilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Litvanın dövlət müstəqilliyinin bərpası ilə əlaqədar həmin ölkənin səfirliyinin keçirdiyi bayram tədbirində iştirakı barədə məlumat verib.

Daha sonra partiya rəhbərliyinə daxil olan şəxslərin keçirdikləri zona müşavirələri barədə məlumatları dinlənilib.

İcra Aparatının rəhbəri Gülağa Aslanlı Biləsuvar, Cəlilabad; Divan üzvü Vəfa Cümşüdlü Tərtər, Bərdə, Yevlax; Divan üzvü Başxanım Abbaslı Beyləqan, Ağcabədi, Füzuli; başqan müavini Səxavət Soltanlı Tovuz, Ağstafa; başqan müavini Elman Fəttah Şəki, Qəbələ, Oğuz; MNTK üzvü Xuraman Bağırova Gəncə, Göygöl, Samux, Şəmkir, Goranboy rayon təşkilatlarının üzvlərinin iştirakı ilə keçirilən müşavirələr barədə məlumat verib.

Həmçinin başqan müavini Yadigar Sadıqlının Lənkəran, Masallı; Divan üzvü İkram İsrafilin Zaqatala, Qax, Balakən rayon təşkilatlarının üzvlərinin iştirakı ilə keçirilən müşavirələr barədə məlumat dinlənilib.

İclasda Avropada yaşayan müsavatçı siyasi mühacirlərin – AKM təşkilatının Almaniyanın Köln şəhərində "Qarabağa azadlıq!”, "Siyasi məhbuslara azadlıq!” şüarları altında keçirilmiş kütləvi tədbir təqdirəlayiq hesab olunub.

Bu aksiyada iştirak etdiklərinə görə Almaniyada yaşayan siyasi mühacirlər – Zakir Ağayevin qardaşı Mahir Ağayevin Cəlilabad polisinə, Orduxan Teymurxanlının bacılarının Sabunçu polisinə, Əli Quliyevin qohumlarının hüquq-mühafizə orqanlarına çağırılaraq hədə-qorxu gəlinməsi pislənilib, hakimiyyətdən zorakılıq metodlarına son qoyulması tələb edilib. Mahir Ağayevin polis idarəsindən çıxdıqdan dərhal sonra Müsavat Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etməsi barədə məlumat verilib.

Divan ölkənin bir sıra rayonlarında zona müşavirələrindən əvvəl və sonra yerli icra hakimiyyəti strukturlarının müdaxilə cəhdlərini pisləyib, bu özbaşnalığın "Siyasi partiyalar haqqında” qanuna zidd olduğunu vurğulanıb.

Sumqayıt polisi tərəfindən "REAL”-çı bloger Rahim Şalıyevin şərlənərək inzibati qaydada həbs edilməsi siyasi hakimiyyətin ifadə azadlığına qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirilib.

Divan iclasında fevralın 26-da, saat 12:00-da Xocalı soyqırımı ilə əlaqədar "Ana Fəryadı” abidəsinin ziyarəti ilə anım tədbirinin keçirilməsi barədə qərar qəbul olunub.

Sonda cari məsələlərə baxılıb.

 

(bastainfo)


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300