Bu gün Litvada mühacirətdə olan bir qrup gənc Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbilə aksiya keçiriblər.
Bu haqda "Basta” Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) üzvü Eldəniz Yusibov məlumat verib.
Aksiyada Qiyas İbrahimin, Bayram Məmmədovun, İlqar Məmmədovun, Fuad Qəhrəmanlının, Taleh Bağırzadənin və digər siyasi məhbusların azadlığa buraxılması tələb edilib.