ABŞ prezidenti Donald Trampın Avropa Birliyinə səfir təyin etməsi gözlənilən professor Ted Mallok Türkiyənni NTV telekanalına müsahibə verib.

Lent.az xəbər verir ki, T.Mallok FETÖ lideri Fətullah Gülənin hazırkı hakimiyyət üçün adi vətəndaş olduğunu qeyd edib. Türkiyədə baş verən proseslərdən xəbərdar olduğunu deyən tanınmış siyasətçi Fətullah Gülənin Türkiyəyə verilməsinin mümkün olduğunu deyib: "ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Tramp hakimiyyətinin Fətullah Güləni təhvil verəcəyini düşünürəm. Təbii ki, məsələ ədliyyə nazirinin qarşısına da gələcək. Amma bu, çox vacib məsələdir, Türkiyə üçün kritikdir. Çevrilişə cəhd etmiş qüvvələrin arxasında dayanan şəxs bizim torpağımızdadır. Türkiyə isə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir”.

T.Mallok Türkiyə hakimiyyətinin Obamadan etdiyi tələbi Trampa da ünvanlamalı olduğunu bildirib və bir vətəndaşa görə münasibəti korlamamağın vacibliyini vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300