Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin dünyasını dəyişib.
Axar.az xəbər verir ki, onun Nyu Yorkda öldüyü bildirilib. Rusiya Xarici İşlər Nazirliyi də xəbəri təsdiqləyib.
Qeyd edək ki, 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan V.Çurkin 65 yaşında dünyasını dəyişib.